23 yaşlı qız 5 nəfəri avtomobilinin təkəri altına saldı

Moskva-Peterburq yolundakı qəzada 3 nəfər hadisə yerində ölüb

Moskva-Peterburq yolunda ağır qəza baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avtomobilin təkərləri altında 5 nəfər qalıb. Bu şəxslərdən üçü hadisə yerində keçinib.

Digər şəxslər isə xəstəxanaya aparılıblar. "Mitsubishi Colt"un sükanı arxasında əyləşən 1989-cu il təvəllüdlü qız yolu piyadalar üçün nəzərdə tutulmayan hissədə qəzə törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31