Yanğın qonşu evlərə də keçdi

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və həmin evə bitişik yerləşən qonşu evlərin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.  Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31