6 yaşlı qız qandallandı
19 Aprel 2012 20:19 KriminalABŞ-ın Corciya ştatının polisləri bağçanı bir-birinə qatmış 6 yaşlı qızı qandallayaraq polis idarəsinə aparıblar. Milli.Az "The İnquisitr"ə istinadən bildirir ki, Selesiya (Selis) Conson barədə tərbiyəçilərin dediklərinə görə, azyaşlı xuliqan divarlardakı kağızları qoparıb, mebeli sındırmağa başlayıb, sonra divar rəfini sındırıb. "Creekside Elementary School"un nəzdindəki uşaq bağçasındakı qızın öhdəsindən gələ bilməyən tərbiyəçilər polis çağırıblar.Polisin də balaca Selisi qandallayaraq aparmaları ölkədə çox böyük hiddət doğurub.Millecvil şəhərindəki uşaq bağçasında övladları tərbiyə alan valideynlər narahatdır."Belə çıxır ki, günlərin birində bizim uşağı da qandallayıb polis idarəsinə apara bilərlər?! Bu nə vəhşilik, bu nə əxlaqsızlıqdır?! O kiçik qızın aldığı şok, psixoloji travma həyatı boyu yadından çıxmayacaq", - valideynlərdən biri deyib. "Uşaqları uşaq kimi davrandıqlarına görə həbs edirlər", - Nyu-Meksiko ştatından olan hüquq müdafiəçisi Şennon Kennedi deyib.Polis isə bildirir ki, qanun qarşısında hamı birdir. "Qanuna görə, tutulan adam polis idarəsinə əlləri arxadan qandallanaraq gətirilməlidir. Yaşa görə heç bir ayrı-seçkilik etmirik", - Millecvil polis departamentinin rəisi Drey Svayskord deyib.