Azərbaycanda 20 cinayətkar həbs olundu
19 Dekabr 2012 16:37 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınıb. "Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, həmin hadisələrdən 22-si "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 3 cinayətin üstü açılıb. Həmin xəbərləri təqdim edirik: Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31