Lənkəranda ər arvadını öldürdü

Azərbaycanın Lənkəran rayonunda qətl hadisəsi baş verib.Lənkəran Rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Tükəvilə kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Fuad Əhməd oğlu Kəlbiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü üç uşaq anası Lətafət Qəhrəman qızı Ağayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Əvvəllər də məhkumluq həyatı yaşamış F. Kəlbiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31