Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun Ə. Topçubaşov küçəsi, ev 109 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Eldar Cəfərovun meyiti yaşadığı mənzildə tapılıb. Onun dəm qazından boğulduğu ehtimal olunur.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31