Erməni əsgər Azərbaycana keçmək istədi
19 Dekabr 2012 07:06 KriminalAzərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib. APA xəbər verir ki, hadisə gecə baş verib.
Hadisənin şahidi olan sakinlərin verdikləri məlumata görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.Qeyd edək ki, indiyədək analoji hal Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin əsgərləri tərəfindən bir neçə dəfə təkrarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31