Bakıda yaşayış binasında yanğın həyəcanı: sakinlər təxliyyə olunublar
18 Dekabr 2012 22:25 KriminalBakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb, sakinlər təxliyyə olunublar.Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri 21 p.m yanıb.Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bina yanğından mühafizə edilib.Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31