Bakıda gəmi yandı
18 Dekabr 2012 14:48 KriminalBakıda gəmidə yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda neft şirkətinə məxsus sökülməkdə olan gəmidə qaynaq işləri aparılan zaman yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində mühərrik otağında mühərrik və yağ qalıqları 20 kv.m sahədə yanıb. Ölən və xəsarət alan olmayıb. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.