Paytaxtda qadınlara qənim kəsilən xanım tutuldu VIDEO
Heyran Şəfiyeva dələduzluqla bir çox şəxslərin pulunu mənimsəyib
18 Dekabr 2012 14:16 KriminalMötəbər dövlət qurumlarının və məhkəmələrin adından istifadə edərək insanları aldadan 1978-ci il təvəllüdlü Ağdam rayon sakini Heyran Şəfiyeva özünəməxsus üsullardan istifadə etməklə onlara yalan vədlər verib. Əvvəllər də dələduzluq maddəsinə görə həbs olunan H.Şəfiyevanın qurbanları daha çox qadınlar olub.
Nərimanov rayonunu hədəfə alan bu qadın Nuranə adı ilə fəaliyyət göstərib. O, rayon sakininə onu yataqxanaların birində 1 və ya 2 otaqlı mənzillə təmin edəcəyinə dair söz verməklə 1600 min manatdan çox pulunu mənimsəyib.
Heyran Şəfiyevanın sərgüzəştləri bununla da bitməyib. O, televiziya əməkdaşlarının adından da istifadə edərək rayonlarda əməlli-başlı biznes qurmağa çalışıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.