Azərbaycanda daha iki qadın fahişəliyə görə tutuldu
18 Dekabr 2012 13:36 KriminalAzərbaycanda qadınları fahişəliyə cəlb edən iki qadın yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin şəxslər nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İdarə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Göygöl rayon sakini Rəna Xıdırova və Ağstafa rayon sakini Nəzakət Kazımova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31