Türkiyədə məktəb avtobusu aşıb, yaralananlar var

Türkiyənin Alanya şəhərində bu gün səhər saatlarında məktəb avtobusu aşıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Yol qəzasında 22 məktəbli yaralanıb, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31