Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın olub. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə dekabrın 9-da gecə saat 01:35 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. İki naməlum şəxs Atatürk prospektində yerləşən mağazalardan birinə basqın edərək orada gəhlə işləyən Sərraf Hüseynovu bıçaqla hədələyib mağazanı qarət ediblər. Hadisə nəticəsində onlar satıcının cibindən 75 manat götürüb hadisə yerindən qaçıblar. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluğu törədən Nemət Mamedov və Vüsal Məcidov dekabrın 17-də saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31