Məhkəmə hakiminin başı kəsildi

Ukraynanın şərqindəki Harkiv şəhərində bir hakim və ailəsi amansızlıqla qətlə yetirilib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis hakim Vladimir Trofimov, onun həyat yoldaşı, 30 yaşındakı oğlu və oğlunun nişanlısının meyitlərini yaşadıqları binanın qarşısında başları kəsilmiş vəziyyətdə aşkar edib. Lakin meyitlərin başları hadisə yerində olmayıb. Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko cəsətlər üzərində işgəncə izlərinin olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31