Bakıda quşçuluq fermasında yanğın olub
18 Dekabr 2012 10:57 KriminalBakıda quşçuluq fabrikində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Suraxanı rayonunda olub. Vətəndaşa məxsus "Çinar" quşçuluq firmasının ümumi sahəsi 1000 kv.m olan toyuq sexinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31