Sumqayıtda avtobus yandı

Sumqayıtda avtobus yolda yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Bakı-Quba yolunun 45-ci kilometrliyində baş verib.  Vətəndaşa məxsus "Neoplan" markalı sərnişın avtobusunun arxa təkəri və salonunun üzlüyü yanıb. Avtobusun qalan hissəsi yanğından mühfizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31