Bakıda biri məktəbli olmaqla iki nəfər dəm qazından boğuldu
18 Dekabr 2012 10:43 KriminalBakıda iki nəfər dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.Hadisələrdən biri rayonun Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 54, mənzil 39 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 12 yaşlı Rahib Pərviz oğlu Nəbiyev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. R. Nəbiyev 6-cı sinifdə oxuyurmuş.
Bundan başqa, Suraxanı rayon sakini 58 yaşlı Bəhruz Daşdəmirov da yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31