İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərə hökm oxunub
17 Dekabr 2012 17:40 KriminalBu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Rəşad İskəndərov və Fikrət Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb."Azadinform" xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad İskəndərov 11 il, Fikrət Bağırov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər Astara Gömrük İdarəsinin Yük Şöbəsinin əməkdaşları tərəfindən həbs ediliblər. Onların İrandan Azərbaycana 19 kiloqram 915 qram narkotik vasitə olan həşiş qətranı keçirmələri müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31