Bakıda avtomobil hərəkətdə olarkən yandı

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində "Uaz" markalı avtomobil yanıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Qara Qarayev prospektində, 8-ci kilometr bazarının yaxınlığında 90 JP 777 nömrə nişanlı "Uaz" markalı avtomobil hərəkətdə olarkən yanmağa başlayıb. Yanğın maşının mühərrik hissəsində başlayıb və az sonra şiddətlənərək salona keçib. Yanğınsöndürənlər yanan avtomobili söndürüb. Xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31