Rusiya tərəfindən beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb

Rusiya tərəfindən beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb. trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Krasnodar vilayəti Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) axtarışda olan Tofiq Rəhimov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31