Narkotik alverçisi həbs edilib
17 Dekabr 2012 14:02 KriminalBakının Yasamal rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub. Bu barədə "Azadinform"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Samir Abdinovdan 20 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31