Sumqayıtda saxta yol polisləri ifşa olundu
Reketlik edən dəstəni polis yaxaladı
22 May 2012 15:26 KriminalSumqayıtda saxta polis forması ilə reketlik edən şəxslər ələ keçib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə mayın 21-də Sumqayıt şəhəri ərazisində baş verib. Şəhər sakini Vüqar Məmmədov Dövlət Yol Polisi əməkdaşının geyim formasını geyərək, tanışı mülki geyimdə olan Göygöz Nəcəfovla birgə özünə məxsus "Volksvagen-Passat" markalı avtomaşına kamera yerləşdirib, avtomaşınları saxlayaraq özlərini Yol Patrul Xidmətinin əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib. V.Məmmədov və G.Nəcəfov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31