Goranboyda fahişəxana işlədən qadın alverçisi həbs edildi
22 May 2012 15:22 KriminalGoranboyda fahişə yuvası təşkil edən manyak tutulub . Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Rayon ərazisində kafe adı ilə fahişəxana təşkil edən Tərtər sakini Vüqar Nağıyev həm də qadın alveri ilə məşğul olurmuş. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Vüqar Nağıyev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və Goranboy rayonunun Qızılhacılı kəndi ərazisindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31