Ağsu sakinini traktor tapdayıb öldürdü

Ağsuda kənd sakinini traktor tapdalayıb öldürüb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə mayın 21-də saat 11.30 radələrində Ağsu rayonunun Kəndoba kəndi ərazisində baş verib. Kənd sakini Vəli Lazımov həmyerlisi Əlişah Babayevin idarə etdiyi "MTZ-82" markalı traktorun qoşqusunun altına düşüb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı ağır xəsarətdən xəstəxanada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31