Balakəndə vəhşilik
Rayon sakini xüsusi işgəncələrlə qətlə yetirilib
22 May 2012 15:21 KriminalMayın 22-də Balakəndə rayon sakini xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayon ərazisində baş verib. Naməlum şəxslər rayonun Gərəkli kənd sakini Vidan Muqumovu döyüblər. Həmin şəxslər V. Muqumovu xüsusi amansızlıqla döyüb işgəncələr verib hadisə yerindən qaçıb. Xəsarət almış V.Muqumov xəstəxanaya aparılarkən yolda ölüb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Balakən RPŞ tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31