Dəm qazından kütləvi zəhərlənmə - DƏHŞƏT
17 Dekabr 2012 11:23 KriminalBakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonunda baş verib. Qala qəsəbə sakinləri - 1979-cu il təvəllüdlü Mübariz Səfərov, 1983-cü il təvəllüdlü Sədaqət Səfərova, 2004-cü il təvəllüdlü Zəfər Səfərli, 2005-ci il təvəllüdlü Aysu Səfərli dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31