Gəncədə bir-birinə bitişik ev və obyektlər yanıb

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 1150 kv.m olan evdə yanğın olub. Nəticədə ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bir dam altında yerləşən ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşayaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan  kafenin lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə yanıb. Bitişik evlər və obyektlər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31