Bakı-Quba yolunda zəncirvari qəza, 9 avtomobil bir-birinə çırpıldı

Bakı-Quba yolunda zəncirvari qəza hadisəsi baş verib. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zəncirvari avtomobil qəzası dekabrın 17-də səhər saat  09:00 radələrində Bakı-Quba yolunun Abşeron rayonu ərazisində baş verib. Bakıdan Sumqayıt istiqamətində hərəkət edən iki avtomobil sürət həddini aşdığından yolda toqquşub. Hadisə nəticəsində daha 7 avtomobil bir-birinə çırpılıb. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Qəzaya düşən avtomobillərin 7-si yararsız vəziyyətə düşüb, iki avtomobil isə qismən yüngül zədələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31