Bu il 250 kiloqramdan artıq narkotika qanunsuz dövriyyədən çıxarılıb

Dövlət sərhəd Xidməti bu il 250 kiloqram narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb. "OLAYLAR"ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib: "Bu ilin ötən dövrü ərzində 250 kq-dan artıq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Eyni zamanda hesabat dövründə 7 milyon 857 min manatlıq qaçaqmal müsadirə olunub". Xidmət rəisi  deyib ki, bu il 10 halda dövlət sərhəd xidməti əməkdaşları tərəfindən silah tətbiq edilib. Silah tətbiqi zamanı bir İran vətəndaşı yaralanıb, biri ölüb. 427 nəfər saxta, 21 nəfər özgəsinə məxsus sənədlə, 24 nəfər isə gizli şəkildə sərhədi keçməyə cəhd edib. 1896 nəfər axtarışda olan şəxs tutularaq hüquq-mühafizə orqanlarına verilib. 4836 nəfər ölkədən cıxışına qadağa qoyulmuş şəxs, 463 nəfər ölkəyə girişi qadağan olunmuş şəxs sərhəddən buraxılmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31