Bakıda yük maşını yandı
Hadisə yerinə yanğınsöndürən maşınlar yollanıb
14 Dekabr 2012 17:29 KriminalBu gün təxminən saat 16:10 radələrində Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda, Xırdalan istiqamətində hərəkətdə olan yük maşını birdən-birə alışıb. Hadisə Xırdalan dairəsi, "Ekologiya" postuna yaxın ərazidə baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşınlar yollanıb. Hadisədə xəsarət alan barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31