Bakıda zibillikdən daha 7,2 kiloqram civə tapıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakıda daha bir qabda külli miqdarda civə aşkarlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, nazirliyin  "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda metal tullantılarının arasında 0,5 litrlik plastik qabda şübhəli maddə aşkarlanıb.  Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri içərisində şübhəli maddənin olduğu qaba baxış keçiriblər. Qabda 7,2 kq civə olduğu müəyyən olunub. Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31