Gəlini öldürüblər, yoxsa intihar edib?

Dekabrın 4 də Qubanın Tülər kənd sakini 26 yaşlı Düriyə Rasim qızı Mütəllimovanın intihar etməsi barədə məlumat yayılıb. Quba rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, həyat yoldaşı Şahlar Mütəllimovla mübahisə edən qadın kimyəvi maddə içərək intihar edib. O xəstəxaya çatdırılsa da dünyasını dəyişib.
Mərhumun yaxınları isə hesab edirlər ki, 26 yaşlı gəlin intihat etməyib, həyat yoldaşı Şahlar Mütəllimov tərəfindən elektroşok adlı cihaz vasitəsi ilə qətlə yetirilib. Hətta onun bədənində izlər belə olub.
Qeyd edək ki, ticarətlə məşğul olan Şahlar Mütəllimova tez-tez Rusiyaya gedir. Onunla birlikdə qonşu ölkədə olan bacanağı deyir ki, sözügedən elektroşok cihazını o Rusiyadan gətirib.
Məsələ ilə bağlı digər tərəfin də mövqeyini öyrəndik. Gəlinini oğlu tərəfindən qətlə yetirilməsini təkzib edən Şahlar Mütəllimovun atası Mirzəşah Mütəllimov onların (oğlu ilə gəlininin) mütamadi mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş verdiyi gün də məhz növbəti mübahisədən sonra Düriyə kimyəvi maddə içib.

Hadisə ilə bağlı Quba rayon prokurorluğundan bildirilib ki, hazırda araşdırma aparılır. Prokuror köməkçisi Samir İsmayılovun sözlərinə görə, Düriyə Mütəllimova kimyəvi zəhər içərək intihar edib. Bununla bağlı cinayət işi də açılıb. Onun əri təfərindən qətlə yetirilməsinə gəldikdə isə Samir İsmayılov bu barədə heç bir məlumatının olmadığını bildirib.

Onu da bildirək ki, Mirzəşah Mütəllimov oğlunun polis tərəfindən saxlandığını desə də, prokurorluqdan bunu təkzib etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31