Fatma Abdullazadənin sürücüsünün oğlu həbs edildi

Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadədinin sürücüsünün oğlu həbs edilib. Bu barədə məlumat "Qafqazinfo"ya Daxili İşlər Nazirliyindən daxil olub.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Həsənov Anar Səxavət oğlu həbs edilib. Əslən Lənkərandan olan 1983-cü il təvəllüdlü Həsənov Anar əvəllərdə dəfələrlə oğurlquda və narkotikdən istifadədə ittiham olunaraq məhkum edilib. Budəfəki əməliyyat zamanı isə onun bir neçə oğurluq hadisəsinə görə saxlanıldığı deyilir. Artıq ilkin dindirilmə zamanı A. Həsənov cinayətini etiraf da edib. Yuxarıda qeyd etdiyimiz kimi A. Həsənov Fatma Abdullazadənin sürücüsü Səxavət Həsənovun oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31