Bakıda dəhşətli qəza
İki maşın toqquşdu, 1 nəfər öldü, 3 nəfər ağır yaralandı
22 May 2012 14:06 KriminalMayın 21-də gecə saat saat 00.45 radələrində dəhşətli qəza baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığıv xəbərə görə, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakinləri Cavid Əliyevin idarə etdiyi "VAZ-2106" və Ceyhun Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə C.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət alan C.Musazadə və sərnişinləri İbrahim Quliyev və Rəhimə Xəlifova xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31