Azərbaycanda şirkətdə faciə, iki nəfər öldü

İmişlidə şirkətdə ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. Hadisə dekabrın 13-də İmişli rayonu ərazisindəki "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin həyətində baş verib. Orada işləyənlər rayon sakinləri Azər Cəbiyev və Namiq Məmmədov çirkab suların toplandığı hövzəyə düşərək boğulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31