Yasamalda ev partladı, 1 nəfər xəsarət aldı
14 Dekabr 2012 15:02 KriminalBakıda mənzildə dəhşətli partlayış olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 13-də saat 12.00 radələrində Yasamal rayonu ərazisində baş verib. Rayon sakini Dərgah Şahbazova məxsus mənzildə yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb, D.Şahbazovun gəlini Kubra Şahbazova isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31