Salyanda faciəli qəza
4 yaşlı qızı maşın vurub öldürdü
14 Dekabr 2012 15:01 KriminalSalyanda maşın 4 yaşlı qızı vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 13-də saat 13.30 radələrində baş verib. Salyan rayonu Qaraçala kəndinin ərazisində, Bakı şəhər sakini Cahangir Cahangirov "AzSamand" markalı avtomaşını idarə edərkən kənd sakini 4 yaşlı Aytac Almazovanı vurub. Nəticədə xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31