Bakıda masaj salonunda fahişəxana
14 Dekabr 2012 14:44 KriminalBakıda daha bir masaj salonunda fahişəxana aşkarlandı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fahişəxananı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları aşkarlayıb. İdarə əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində, "Rusaloçka" masaj salonunda, orada işləyən Bakı şəhər sakini Cəvahir Hacıyevanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31