Zərdabda ikiotaqlı ev yanıb

Zərdab rayonu, Gəlmə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus mənzildə yanğım qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 140 kv.m olan birmərtəbəli üçotaqlı kürsülü evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə və çardağının yanar konstruksiyaları 140 kv.m sahədə yanıb.  Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31