Xaçmazda təbii fəlakət, Xudat şəhəri su altda qaldı
14 Dekabr 2012 11:22 Kriminal. Xaçmaz rayonunda suötürücünün daşması nəticəsində Xudatın bəzi ərazilərini su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Xudat şəhərində suötürücü yağış sularının təsirindən daşıb. Nəticədə, bəzi ərazilər, o cümlədən bir neçə fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31