"Abşeron" mehmanxanasında yanğın

Xəsarət alan var

Bakının Nəsimi rayonu ərazisində yerləşən məşhur mehmanxanada yanğın olub.Milli.Az Fövqəladə Hallar Nazirlyinin saytına istinadən xəbər verir ki, yanğın "Abşeron" mehmanxanasının 1-ci mərtəbəsində meydana gəlib.Mehmanxananın ümumi sahəsi 80 kv.m olan camaşırxanada 1 ədəd "ABC" markalı paltarqurudan aparat yanıb. Mehmanxanada mühafizəçi işləyən 1 nəfər xəstəxanaya aparılıb.Bina yanğından mühafizə olunub. Yanğın saat 13:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31