Rusiya tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiya tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə "Azadinform"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samara şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Anar Həsənov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31