Altı qadını öldürən meksikalıya 240 il həbs cəzası verilib

Meksikada məhkəmə Mexiko ştatında altı qadını qətlə yetirən kişini 240 il müddətinə azadlıqdan məhrum edib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Meksika Ədliyyə Nazirliyinin xəbərində deyilir. Belə ki, "ədabaz" ləqəbli Sesar Armando Librado Laqorettaya qurbanlarının hər birinə görə 40 il cəza kəsilib.
Bundan əlavə, öldürülən qadınların ailə üzvlərinin tələblərinə görə cinayətkar vurulan ziyana görə 44,5 min ABŞ dolları həcmində kompensasiya və 20 min ABŞ dolları məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, avtobus sürücüsü işləyən 29 yaşlı kişi öz qurbanlarını zorlayıb, sonra isə onları qətlə yetirib. Onun sözlərinə görə, qadınların bu barədə polisə məlumat verəcəyindən qorxduğuna görə onları öldürüb. Buna baxmayaraq, qadınlardan biri xilas ola və baş verənlər barədə asayiş keçikçilərinə xəbər verə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31