İranda 14 narkotik qaçaqmalçısı edam olunub

Bu gün səhər İranda 14 nəfər edam olunub. Bu barədə  Trend  İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.Məlumata əsasən, həmin şəxslər narkotik maddələrin alqı-satqısında ittiham olunublar. Agentlik edam olunanların hansı ölkənin vətəndaşı olduqlarını və harada edam olunduqlarını açıqlamayıb. Lakin İranın bəzi xəbər saytlarının məlumatına görə, edam olunanlardan bir neçəsi Əfqanıstan vətəndaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31