Bakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar
13 Dekabr 2012 14:03 KriminalBakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar. Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 8-ci kilometr qəsəbəsində yerləşən "Elşən" şadlıq evində keçirilən toyda qonaqlar arasında dava olub. Dava zamanı adı hələlik istintaqa məlum olmayan şəxs aranı sakitləşdirmək istəyən bəyin başına butulka çırpıb. Bəy, 34 yaşlı Elnur Hacıyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı qonaqlar arsında yüngül xəsarət alanlar da olub. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31