Qonaq gəldi, qazdan boğuldu
13 Dekabr 2012 13:21 KriminalSumqayıt şəhərinin Novxanı bağları yaşayış massivində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən "Olaylar"a daxil olan məlumata görə, əmisinin evinə qonaq gəlmiş Gülnarə İsmayılovanın evin yataq otağından meyiti tapılıb. Gənc qızın dəm qazından öldüyü məlum olub. Onun 19 yaşı olduğu müəyyən edilib. Faktla əlaqədar şəhər prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31