Arvadını xüsusi amansızlıqda öldürüb hadisə yerindən qaçan kişi həbs edilib
Həyata keçirilən axtarış tədbirləri nəticəsində kişi tutularaq istintaqa təhvil verilib
13 Dekabr 2012 12:11 KriminalAzərbaycanda qətl törətməkdə təqsirli bilinərək axtarışa verilən şəxs tutulub. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 40 yaşlı Rövşən Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub.
O, həyat yoldaşını öldürərək, məsuliyyətdən yayınıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində R.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə bu ilin noyabr ayında qeydə alınıb. Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31