Bakıda 9 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib
Hadisə yerində yanğınsöndürənlər çalışır
13 Dekabr 2012 11:56 KriminalBu gün saat 11:09 radələrində Bakının Yasamal rayonu ərazisində Bəsti Bağırova küçəsində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31