Orta məktəbdə yanğın baş verib

Tərtər rayonu, Xoruzlu kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli kənd orta məktəbində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı məktəbin  2-ci mərtəbəsində sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb. Məktəbin binası yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına odun sobasının həddən artıq qızması səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31