Aeroport yolunda dəhşətli qəza

Minik maşını divara çırpıldı, sürücü öldü

Bu gün saat 09:30 radələrində Bakının Suraxanı rayonu ərazisində aeroport yolunda, Suraxanı körpüsünün yaxınlığında ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, "Mercedes" markalı avtomobil sürətlə hərəkət edən zaman idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb.Sürət çox olduğu üçün avtomobil divara çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət səbəb olub. Hadisə nəticəsində aeroport yolunda tıxac yaranıb. Polis hazırda hadisə yerində çalışır. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31